F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümün ilk hissəsində mükəmmələ yaxın performans göstərsə də, ikinci hissədə Həmiltonun kölgəsində qalmışdı.
Jak Vilnöv: “Mercedes ən güclü mühərriyə sahib olduğu üçün çempion oldu. Amma Həmilton bu vəziyyətdən daha çox xeyir gördü. Bottasın eyni boliddəki performansı utancverici idi. O, ikinci sürücüdən artıq deyil. Seçim şansım olsaydı, yerinə Verlyaynı gətirərdim. Kimi də Ferrari-də ikinci sürücüdür, amma o, Bottasdan daha yaxşı iş gördü”.