F-1.az xatırladır ki, fransalı sürücü Bəhreyndə qəza edib və nəticədə bolidi alışıb. Buna baxmayaraq, 34 yaşlı pilot boliddən özü çıxa bilib.
Jak Vilnöv: “Roman Haloya təşəkkür etməlidir. Halo vəzifəsini yaxşı yerinə yetirdi və o, buna görə sağdır. Lakin sürücülər bəzən yarışların təhlükəli olduğunu unudurlar. Buna görə də video oyunlardakı kimi qəribə manevrlər edirlər”.