F-1.az xəbər verir ki, prezidentliyə yeganə namizəd olan fransız mütəxəssis seçki başa çatdıqdan sonra assambleya qarşısında çıxış edib: “Belə hərtərəfli dəstək almaq sevindirici haldır. FİA-nın bütün üzvlərinə minnətdaram. Bu nəticəni mənimlə işləyən hər kəsin getdiyimiz yolun doğruluğuna inanması kimi qəbul edirəm və son 8 ildə gördüyüm işləri davam etdirmək üçün səbirsizlənirəm.
Hədəfim FİA-nı mümkün olan ən yaxşı mövqeyə çatdırmaq üçün daha güclü, daha etibarlı bütün dünyanın hörmət bəslədiyi qurum etməkdir”.