J.Todt: “Şumaxeri rahat buraxın”

FİA-nın prezidenti Jan Todt bildirib ki, insanlar Mixael Şumaxeri rahat buraxmalıdırlar.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2013-cü ilin sonunda dağ kurortunda xizəklə sürüşərkən yıxılmış və komaya düşmüşdü. Bundan sonra Formula1-in əfsanəsi barədə müfəssəl xəbər yoxdur.

Jan Todt: “Çevrəsində ailəsi və yaxınları var. Mən onlarla tez-tez əlaqə saxlaya bilirəm, amma Mixaelin sağlığı ilə bağlı məlumatlar xüsusi qalmalıdır. Məncə, Mixaeli rahat buraxmalıyıq. Artıq bunun vaxtı gəldi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*