J.Todt: “Şumaxer özünə şübhə ilə yanaşırdı”

FİA-nın prezidenti Jan Todt bildirib ki, Mixael Şumaxer öz istedadına şübhə etdiyi üçün yeddi dəfə Dünya Çempionu olub.

F-1.az xatırladır ki, Todt və Şumaxer 1996-2006-cı illərdə Ferrari-də birlikdə işləmiş və almaniyalı sürücü 2000-2004-cü illərdə ardıcıl 5 çempionluq qazanmışdı.

Jan Todt: “Mixael heç vaxt özündən razı olmadı və bu xüsusiyyəti ona kömək etdi. Mövsüm başlamamışdan əvvəl Fyoranoda yaxşı sürücü olub-olmadığı haqda məndən soruşardı və mənimlə xüsusi söhbət edərdi. Mixael həmişə öz istedadına şübhə ilə yanaşırdı və həmişə narahat idi. Bunu tez-tez mənimlə bölüşərdi. Bu xasiyyəti onu həmişə zirvəyə daşıdı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*