J.Todt: “Sennanın Ferrari-yə keçməsini istədik”

Ferrari-nin sabiq rəhbəri, hazırda isə FİA-nın prezidenti olan Jan Todt 1994-cü ildə Ayrton Senna ilə danışıqlar apardığını etiraf edib...

F-1.az xəbər verir ki, AutoBild-ə danışan Jan Todt bu barədə deyib: “O özü də Ferrari-yə gəlmək istəyirdi. 1993-cü ildə onunla görüşdüm və danışdıq. Səsinə heyran olmuşdum. Yavaş-yavaş və çox aydın səslə danışırdı”.

Jurnalist həmin dövrdə Alezi və Bergerlə müqavilə bağlamış olduqlarını xatırlatdıqda Todt bildirib: “Formula1-də müqavilələrin heç bir dəyəri yoxdur. 1995-ci il üçün onunla yenidən danışdıq, amma o, artıq Williams ilə yarışmaq qərarını vermişdi…”

Qeyd edək ki, Ferrari 1996-cı ildə Mixael Şumaxeri komandaya cəlb etmişdi.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*