J.Todt növbəti seçkilərdə də iştirak edəcək

FİA-nın prezidenti Jan Todt federasiyanın üzvlərinə ünvanladığı məktubda növbəti seçkilərdə iştirak edəcəyini təsdiqləyib.

F-1.az xatırladır ki, Todt bu postda 2009-cu ildə Maks Moslini əvəzləmiş, 2013-cü ildəki seçkilərdə isə daha 4 il FİA-nın prezidenti olmaq haqqını əldə etmişdi. Əgər qarşıdakı seçkilərdə də qalib gələrsə, 2021-ci ilə qədər bu quruma rəhbərlik edəcək.

Jan Todt: “FİA üzvlərinin xoş sözləri və böyük dəstəyi məni dərindən təsirləndirdi. Buna görə də Mişel (həyat yoldaşı) və oğlum Nikolya ilə məsləhətşdikdən sonra növbəti seçkilərdə də namizədliyimi irəli sürmək barədə qərar qəbul etdim. Mən bu gün öz məqsədimi elan etməklə yanaşı düşünürəm ki, hər bir yaxşı lider birlikdə işlədiyi komandasına çox güvənir. Mən və komandam yaxın vaxtlarda növbəti prezidentlik dövrü üçün öz proqramımızı sizə təklif edəcəyik”.

Jan Todt yenidən FİA-nın prezidenti seçiləcəyi halda nəzərdə tutduğu bəzi dəyişiklikləri artıq təklif edib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*