J.Todt mühərrik səslərindən razıdır?

FİA-nın prezidenti Jan Todt bildirib ki, Formula1 bolidlərinin səsindən razıdır, amma insanların narazılığına görə səsləri artırmağa çalışırlar.

F-1.az xatırladır ki, 2014-cü ildə idmana turbo mühərriklər gəldikdən sonra fanlar bolidlərin səsindən narazıdırlar.

Jan Todt: “Mənə qalsa, səsə ehtiyacımız yoxdur. Hazırkı səslərdən çox razıyam. Mən demirəm ki, əlavə səs lazım deyil. Amma hazırda bolidlərin səslərindən razıyam.

Elə görünür ki, hamı səsdən narazıdır. Amma 20-25 nəfər adamla danışsanız, səslə bağlı fərqli fikirlər eşidəcəksiniz.

2021-ci ildəki mühərriklərlə bağlı danışıqlar davam edir. Bir neçə ay əvvəl cari və potensial istehsalçılardan başqa Liberty Media ilə də mühərriklər barədə danışdıq. Əgər bu barədə düşüncələrimi soruşsanız, bunlar həm qarışıq, həm də bahalıdırlar. Amma gələcək üçün əla addım olublar. Tamamilə yeni mühərriklərin gəlməsinə qarşıyam. Bu mühərriklərdən öyrəndiklərimizi istifadə etməliyik. Həm cari, həm də gələcəkdəki istehsalçılar üçün maraqlı mühərriklər hazırlamalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*