J.Todt: “Mercedes hegemonluğunun tənqid edilməsi doğru deyil”

FİA-nın prezidenti Jan Todt düşünür ki, Formula1-dəki Mercedes hegemonluğunu tənqid etmək doğru deyil...

F-1.az xatırladır ki, Mercedes AMG komandası son iki mövsümdə 38 yarışdan 32-sini qazanıb və 2 il ard-arda həm sürücülər, həm də komandalar çempionatında birinci olub.

Jan Todt bu vəziyyəti 2000-2004-cü illərdə Ferrari hegemonluğuna bənzədib: “Mən də istəyərəm ki, hər yarışda fərqli pilot qazansın, amma bu heç vaxt olmayacaq. İnsanlar artıq hegemonluğu idmanım bir parçası kimi qəbul etməlidirlər və bu təkcə avtoidmana aid deyil. Bu hallar futbolda da, tennisdə də, reqbidə də var. Dominantlıq hər yerdə var. Bəs nəyə görə avtoidmanda olmasını istəmirsiniz?

Hegemonluğu tənqid etmək doğru deyil, amma markanı tənqid etməyi anlaya bilərəm.

Qətiyyətlə deyə bilərəm ki, hazırkı vəziyyətdən razı deyiləm. Fikirləşirəm ki, mübarizə daha yaxşı ola bilərdi. Biz işə nəzarət edirik və vəziyyəti yaxşılaşdırmaq üçün yeni üsullar axtarırıq, amma özümüzü cəzalandırmağa ehtiyac yoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*