J.Todt: “Kubitsanın qayıdışına həkimlər qərar verəcəklər”

FİA-nın prezidenti Jan Todt bildirib ki, Williams komandası gələn il üçün Robert Kubitsanı transfer etsə, 32 yaşlı sürücünün fiziki vəziyyəti problem yaratmayacaq.

F-1.az xatırladır ki, polşalı sürücü daha əvvəl Renault ilə testlərə çıxmış və yaxşı nəticələr əldə etmişdi. Kubitsa gələn həftə Williams komandası ilə Pirelli təkərlərinin testlərində iştirak edəcək. Bununla da 32 yaşlı sürücünün idmana qayıtmasına qərar veriləcək.

Jan Todt: “Bu barədə fikirləşən mütəxəssislərimiz var. Pis halla qarşılaşsaq, lazımi addımlar atılacaq. Sürücülər gələrlər və gedərlər. Kubitsanın vəziyyəti bir az fərqlidir. Çünki çox ağır ralli qəzası keçirdi. Amma sağaldı və ralli ilə yenidən yarışlara qayıtdı. İndi isə tək oturacaqlı seriyalarda yarışmaq istəyir və bundan sonrasını zaman göstərəcək. Bütün tibbi yoxlamaları edə bilərik. Həkimlər ən doğru qərarı verəcəklər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*