F-1.az xatırladır ki, sürücülərin başını qorumaq məqsədi ilə hazırlanan Halo bu ildən icbaridir. Amma əksər sürücülər bu sistemdən narazıdırlar.
Jan Todt bildirib ki, sürücülərin avadanlığı tənqid etməyə haqları yoxdur: “İnsanlar hər şeyi tez unudurlar. Halonu sürücülər istəmişdilər. 2015-ci ilin sonunda Sürücülərin Həmkarlar İttifaqının başçıları – Censon Batton, Sebastyan Fettel və Alek Vürs mənə imzalı məktub göndərdilər. FİA-dan başı qoruyan sistem tətbiq etməyimizi istəmişdilər. Mən də təsdiqlədim. Sonra texniklərə dedim ki, bu işi qabağa salsınlar. 2016-cı ilin iyulunda sürücülər toplantı edib bizə “zəif olmayın, təhlükəsizlik işlərində istədiklərimizə hörmət edin” dedilər. Biz də bu işə fokuslandıq.
Çox təəccübləndim. Formula1-i sevirəm, amma digər tərəfdən də nifrət edirəm. İnsanlar sözlərinə sadiq qalmırlar. Məncə, sədaqət və sözündə durmaq vacib keyfiyyətdir. Biz onların qərarına hörmət etsək də, bəziləri bunu unudur”.