J.Todt: “Formula1-də elektrik mühərriyi olmayacaq”

FİA-nın prezidenti Jan Todt bildirib ki, Formula1 bolidləri heç vaxt Formula E maşınları kimi tam elektrikli olmayacaqlar.

F-1.az xatırladır ki, Formula1 2014-cü ildə hibrid mühərriklərə keçdikdən sonra elektrik mühərriklərin idmana daxil olacağına dair çoxlu iddialar var idi.

Jan Todt: “Bu mümkünsüzdür. Formula1-də nizam-intizam başqadır. Hibrid mühərriklərə keçmək böyük addım oldu.

Formula E-yə çoxlu istehsalçılar girmək istəyirlər. Dünyanın bir neçə böyük şəhərində yarışlar da keçirildi. Renault həm Formula1-də, həm də Formula E-də mübarizə aparır. Bir gün Ferrari də bu addımı atacaq. Bunu görmək istəyərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*