J.Todt Alonsoya təşəkkür edib

FİA-nın prezidenti Jan Todt karyerasını bitirən Fernando Alonsoya təşəkkür edib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü karyerasına 2001-ci ildə Minardi komandası ilə başlamış və daha sonra Renault-ya keçmişdi. 2003-cü ildə fransızların heyətində ilk qələbəsini qazanan Alonso 2005-ci və 2006-cı illərdə Dünya Çempionu titulunu əldə etmişdi. 37 yaşlı sürücü 2007-ci ildə McLaren-də, 2010-cu və 2012-ci illərdə isə Ferrari-də çempionluğu son yarışda əldən vermişdi.

Jan Todt: “Sevgili Fernando, verdiyin bu cəsur qərarı böyük hörmətlə qarşıladım. Formula1-də iki dəfə çempion olduqdan sonra digər avtoidman növlərində çempionluqlar gözlədiyini bilirəm. Hər şey üçün təşəkkür edirəm. Yol təhlükəsizliyi layihəsində FİA ilə tərəfdaşlıq etdiyin üçün təşəkkür edirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*