J.Todt: “Alonso düz edir”

FİA-nın prezidenti Jan Todt bildirib ki, Alonso 2018-ci ildə Formula1 və Dünya Dözümlülük Çempionatında yarışmaq qərarını düzgün verib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il iki seriyada birdən yarışacaq.

Jan Todt: “Bu, şəxsi qərardır və hörmət etmək lazımdır. Məncə, bu avtoidmanın təqdimatı üçün yaxşıdır və onun kartinqdə yaxşı proqramı var. O, gənclərə yarışın necə şey olduğunu göstərmək istəyir və onu mühakimə edə bilmərəm. 20-30 il əvvəl sürücülər bir neçə seriyada yarışırdı. Əvvəllər Formula1-də testlər də çox olardı. İndi o da yoxdur. Buna görə də yarışmaq istəyir. Komandası da buna icazə verir. Mən də buna icazə verərdim. Sürücüdən maksimum performans almaq istəyirsinizsə, ona sərbəstlik verməlisiniz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*