J.Erik Vern Ferrari-dən ayrılıb

Jan Erik Vern yeni mövsümdən etibarən Ferrari-dən ayrılır və fransalı artıq "qırmızılar"ın ehtiyat sürücüsü olmayacaq.

F-1.az xatırladır ki, Vern Formula E seriyasında Techeerah komandasının həm sürücüsü, həm də idarə heyətinin üzvü olacaq.

Jan Erik Vern: “Bu mövsüm orada ehtiyat sürücü ola bilməyəcəyim məlum idi. Ferrari ilə yaxşı münasibətim var. Amma yarışlarda iştirak etmədiyim üçün burada olmaq istəmədim.

Xatırladaq ki, Vern Formula1-də 2012-ci ildə Toro Rosso komandası ilə debüt etmiş və 2014-cü ilin sonunda komandadan göndərilmişdi. 26 yaşlı sürücü 2015-ci ildə ehtiyat sürücü kimi Ferrari-yə transfer olunmuşdu.

Vern bildirib ki, gələcəkdə WEC və ya Le Manda yarışa bilər: “Bu mövzu üzərində düşünürük. WEC-də bəzi yarışlara və Le Manın 24 saatlıq marafonuna qoşulmaq istəyirəm. Alternarivlər çoxdur, amma detallara baxmalıyam. Əgər bu mövsüm bunları edə bilsəm, maraqlı olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*