F-1.az xatırladır ki, Jan Erik Vern 2012-2014-cü illərdə Toro Rosso komandasında çıxış edib. 2014-cü ilin sonunda fransalı sürücünün Toro Rosso ilə yolları ayrılıb və Ferrari komandasının test sürücüsü olub.
Vern Ferraridəki vəzifəsinin dəyişilə biləcəyini deyib: “İşlər bir az dəyişəcək. Yeniliklər tezliklə açıqlanacaq.
Bəlkə Esteban Qutyerresin yerinə keçdim. Görəcəyik”.
Qeyd edək ki, Esteban Qutyerres 2015-ci ildə Ferrari-nin ehtiyat sürücüsü olub. Meksikalı pilot 2016-cı ildə Haas komandasında yarışacaq.
Əlavə edək ki, Jan Erik Vern həm də Formula E seriyasında yarışır. Fransalı sürücü Virgin komandasının şərəfini qoruyur.