J.E.Vern: “Hartlinin qayıdışı güldürdü”

Sabiq Formula1 sürücüsü Jan Erik Vern bildirib ki, Red Bull-un yenidən Brendon Hartlini yarışmaq üçün çağırması gülməli haldır.

F-1.az xatırladır ki, zelandiyalı keçən il Toro Rosso komandasında yarışmağa başlamışdı.

Jan Erik Vern: “Red Bull o vaxtlar Hartlini Formula Renault proqramından göndərərək əvəzinə məni gətirmişdi. Buna görə də onun geri çağırılması mənə gülməli gəlir.

Formula1-dən ayrıldıqdan sonra Formula E-yə keçdim və mənim üçün çətin idi. Amma sonradan anladım ki, bu mənim karyeram üçün geridönüş nöqtəsidir. Hər çətin vəziyyətin yaxşı tərəfləri də olur. Bunları dəyərləndirmək lazımdır.

Formula1-dəki ilk yarışımda 8-ci olduqdan sonra komanda bayram edirdi. Hamı xoşbəxt idi. Boksa qayıdanda “bu sadəcə 8-cilikdir, niyə sevinirsiniz ki, istədiyim bu deyil” dedim. İdi isə belə deyiləm və 8-ci yerə sevinərdim. Daniel Rikkardo belə edirdi. Həmişə xoşbəxtdir. Bu, mənim ən böyük səhvim idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*