F-1.az xatırladır ki, fransalı sürücü hazırda Formula E və Dünya Dözümlülük çempionatlarında çıxış edir. Toro Rosso komandasının sabiq sürücüsü Formula E-də turnir cədvəlinə başçılıq edir.
Jan Erik Vern: “Formula1-dən ayrıldığım üçün peşman deyiləm. Brendon Hartli kimi qayıtmaq təklifi alsam, çətin qəbul edim. Hartlinin əlində nə var? Bir və ya ikiillik müqaviləsi var. Sonra nə edəcək? Mən isə iki fərqli seriyada yarışıram və bunu çox sevirəm”.