J.Alezi yerlisi Vassyörə xəbərdarlıq edib

Sabiq Formula1 sürücüsü Jan Alezi bildirib ki, Ferrari-də bəzi şeylər dəyişməlidir.

F-1.az xatırladır ki, 2022-ci ilin sonunda Mattia Binotto komanda rəhbəri vəzifəsindən ayrılmış və onun əvəzinə Frederik Vassyör gətirilmişdi.

Jan alezi: “Düzünü desək, Ferrari keçən il taktika cəhətdən çox səhv etdi. Bəzi şeylər dəyişməlidir. Əks halda çıxış yolu olmayacaq. Məncə, Vassyör yarış direktoru olan Loren Mekise güvənməlidir.

Mekis uzun illərdir ki, Ferrari-də işləyir və Vassyörə nələri dəyişmək lazım olduğunu başa sala bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*