J.Alezi və G.Bergerin Jan Todtu cin atına mindirməsi

Jan Alezi və Gerhard Berger 1993-cü ildə Ferrari-də yarışırdılar. Bu cütlük 1996-cı ildə elə bir yerdə Ferrari-dən Benetton-a keçmişdi. Ferrari-də olan müddət ərzində iki pilot arasında maraqlı hadisələr baş verib. F-1.az saytı olaraq o  maraqlı hadisələrdən birini sizə təqdim edirik. Bu hadisə 1994-cü ildə baş verib və fransalı sürücü tərəfindən bu yaxınlarda danışılıb.

Jan Alezi: “Bir gün Maranelloda idik. Ofisdə oturmuşdum. Gerhard isə Fyoranoda testdə olmalı idi. Kombinezonunu geyinib, ofisə gəldi. Onu testə aparmağı təklif etdim. Gerhard mənə bir maşın göstərəcəyini dedi. Avtoparkda dəri döşəməli və təptəzə Lancia var idi. Berger “gəl bununla gedək” dedi.

Avtomobilə oturdu, sərnişin oturacağını olduqca geriyə uzatdı. Bazanın qapısından çıxdığımızda, əl əyləcini çəkdi, amma sürətli deyildik. Ona görə də avtomobil bir az yana sürüşdü. Daha sonra sürətlə trasa doğru yola düşdük. Qapıdan girib, Entso Ferrarinin evini keçdik. Qaraj yaxınlığında döngəyə girəndə əl əyləcini yenə çəkdi. Bu dəfə çox sürətli idik və avtomobil birbaşa tərsinə döndü. Sükan yerə dəyirdi.

Mən təhlükəsizlik kəmərini taxmamışdım. Ona görə də yerə yıxıldım. Amma Berger kəmər taxmışdı və tərsinə sallanırdı. Gülürdü. Kəməri açıb, düşdü. Avtomobil o qədər bərbad idi ki, mexaniklər bizi arxa tərəfdən çıxardılar. Jan Todt və Con Barnard gəldilər. Anladım ki, işlər mənim üçün elə də yaxşı getməyəcək, çünki Berger avtomobilin Totda aid olduğunu və mənim idarə etdiyimi demişdi. Mexaniklər avtomobilin üstünü örtmüşdü. Ona görə də Todt heç nə görmədi. Gələn kimi “Hər şey qaydasındadır?” deyə soruşdu. Başımda kəsik olsa da, bildirməməyə çalışdım və “bəli” dedim. Gerhard tipik hərəkətini etdi və Totda “Jan, gördün? Adaşın qəza etdi” dedi. Todt məndən Bergerin nə demək istədiyini soruşduğunda,  “qaraja gedəndə avtomobil tərsinə çevrildi” dedim. Todt məndən “Nə demək istəyirsən?” deyə soruşdu. Heç nədən xəbəri yox idi. Döngəyə girəndə Bergerin əl əyləcini çəkdiyini dedim. Daha sonra Jan avtomobilini gördü və sözün əsl mənasında dəli oldu və “Siz nə etdiniz? Altı ay idi bu avtomobili gözləyirdim!” dedi. Bundan sonra Montedzemoloya zəng etdi.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*