F-1.az xəbər verir ki, Tyrrell, Ferrari, Benetton, Sauber, Prost və Jordan komandalarının tərkibində çıxış etmiş Jan Alezi F1i.com saytına müsahibəsində bildirib: “Mən Le Kastelledə yerləşən bu trası təmsil edəcəyim üçün xoşbəxtəm. Bu, mənim üçün qeyri-adi trasdır. Mən məhz burada Winfield məktəbində avtoidmana ilk addımlarımı atmışam.
Həmçinin, 1989-cu ildə Tyrell 018 ilə Formula1-də debüt etdiyim yarış məhz burada keçirilən Fransa Qran Prisi olub. Bura mənim üçün rəmzi yerdir və fəxr edirəm ki, Pol Rikarı təmsil etmək şərəfi mənə nəsib olub”.