F-1.az xatırladır ki, 2022-ci ildə Formula1-in texniki reqlamentində dəyişiklik olub və Red Bull hər iki cəbhədə rahatlıqla çempionluq qazanıb.
Jan Alezi: “Güc balansını obyektiv dəyərləndirsək, Ədrian Nyui həlledici faktor olacaq. Formula1 yeni reqlamentə keçəndən sonra o fərqini ortaya qoydu. Buna görə də mübarizə Maks və Şarl arasında yox, Ferrari və Nyui arasında gedəcək. Yenə də güclü maşın hazırlasa, rəqiblərin işi çətin olacaq”.