J.Alezi: “Massa qayıtmaqla səhv edir”

Sabiq Formula1 sürücüsü Jan Alezi bildirib ki, Massanın təqaüd qərarını bir il gecikdirməsi böyük səhv olar.

F-1.az xatırladır ki, Williams komandası Valtteri Bottasa Mercedes-lə müqavilə bağlamaq icazəsi verdikdən sonra Massanın yenidən idmana qayıtması və Ləns Strollun komanda yoldaşı olması ehtimal olunur. Hələ rəsmi xəbər olmasa da, Bottasın Mercedes-lə, Massanın isə Williams-la müqavilələrinin hazır olduğu və bir dənə imzaların qaldığı deyilir.

Jan Alezi: “Massa qərarına görə peşman ola bilər.

Düzünü desəm, səhv qərardır. Felipe yeni bir səhifə açdı. Əgər Williams üçün tələsik qərar verdisə, onda necə olacaq?”

Alezi əlavə edib ki, Rosberqin təqaüdə çıxmaq qərarı onu təəccübləndirsə də, almaniyalıya haqq qazandırır: “Əvvəlcə Laudanın dedikləri ilə həmfikir idim. Təəccüblü və əsəbi idim. Çempion olduğun həftə təqaüdə çıxdığını açıqlamaq mənə məntiqli gəlmədi.

Daha sonra dərindən düşündüm və ağlıma Sennanın Williams komandasında pulsuz yarışa biləcəyini deməsi və daha sonra ölməsi gəldi. Bəlkə də, Niko artıq yarışmağı sevmir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*