J.Alezi: “Formula1-ə diktator lazımdır”

Sabiq Formula1 sürücüsü Jan Alezi bildirib ki, Formula1-in diktatora ehtiyacı var...

F-1.az xəbər verir ki, Formula1-i daha maraqlı etmək üçün müxtəlif yollar axtarılır, amma komandalar öz xeyirlərinə görə qərarlar alırlar.

Jan Alezi bu vəziyyət barədə fikirlərini bildirib: “Mən şəxsən yeni sıralanma turu formatını bəyəndim. Bəlkə, üçüncü seansı dəyişdirmək olar, amma, məncə, əvvəlki axmaq qayda geri qayıtmamalıdır.

Mən Berninin fanıyam, amma Jan Totdu daha çox sevirəm. Onlar idmana maraq artsın deyə müxtəlif yollar axtarırlar, amma artıq onlar komanda rəhbərlərini də düşünməlidirlər.

Komanda rəhbərləri Formula1-ə ziyan verirlər. Ona görə də, idmana diktator lazımdır. Əvvəllər işləyən üsullar indi işləmir. Bəs niyə? Çünki hamı öz fikrini ifadə edir. Hamı öz xeyrini düşünür”.

Alezi 2016-cı il mövsümü barədə fikirlərini bildirib: “Ferrari sürətlidir. Sebastyan səhv etmədi, amma səhv strategiyaya görə qalib gələ bilmədi. Bizi həyəcanlı bir mövsüm gözləyir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*