F-1.az xatırladır ki, dördqat dünya Çempionu mövsümün sonunda Formula1-dən gedəcək. Onun hələ 35 yaşı var və buna görə də əksəriyyət düşünür ki, o idmandan tez gedir. Buna görə də onun gələcəkdə qayıdıb-qayıtmayacağı müəmmalıdır.
Jan Alezi: “Məncə, düzgün zamanda təqaüdə çıxdı. O dprdqat Dünya Çempionudur və Formula1-də əksər sürücülər ona hörmət edirlər. Bu da böyük şeydir. Eyni zamanda çox gəncdir. Buna görə də onu tezliklə yenidən yarış maşınında görəcəyik”.