F-1.az xatırladır ki, Mercedes keçən il uğursuz mövsüm keçirmiş və uzun müddət Ferrari və Red Bull-a böyük fərqlə uduzmuşdu. Lakin daha sonradan özünə gələn “gümüşü oxlar” mövsümün sondan ikinci yarışı Braziliyada qələbə dublu etmişdi.
Jan Alezi: “Məncə gələn il Ferrari-nin tək rəqibi Red Bull olmayacaq. Mercedes də mübarizə aparacaq. Komanda keçən il mövsüm ərzində gücləndi və Corc Braziliyada qalib gəldi. Bolidi yığarkən ardıcıl ikinci mövsüm səhv edəcəklərinə inanmıram”.