F-1.az xatırladır ki, italiyalı sürücü GP2-də ikinci yeri tutduqdan sonra Ferrari-dən təklif almış və “qırmızılar”ın heyətinə qoşulmuşdu.
Covinatsi bildirmişdi ki, bu onun üçün çox vacib fürsətdir.
Jan Alezi isə bu barədə belə danışıb: “Covinatsi yaxşı təlim keçib və güclü sürücüdür. GP2-də əla işlər görərək, buraya gəldi və Ferrari-də də öyrənməyə davam edəcək”.
Jan Alezi GP3-də yarışan oğlunun Formula1 üçün çox gənc olduğunu deyib: “Culiano Ferrari akademiyasındadır və bunun qədrini bilir. Tələsmədən inkişaf etməlidir. Hazırda ancaq GP3 barədə düşünməlidir. Əgər bu yaşda Formula1 bolidi ilə test etmək istəyirsə, evimizdə bolid var. Ona minər və şəkil çəkdirərik”.