İzola: İmolada iki mühüm yeniliyi sınaqdan keçirəcəyik

Pirelli şirkəti Emiliya Romanya Qran Prisi üçün ən yumşaq üçlüyü sürücülərə təqdim edəcək: Əfsanəvi İmola trasında Hard C3, Medium C4, Soft C5 istifadə olunacaq.

F-1.az xəbər verir ki, İmoladakı mərhələ mövsümün Bakıdan sonra ikinci mərhələsi olacaq ki, burada komandaların müxtəlif taktiki sxemlərdən istifadə etməsinə şərait yarada biləcək yumşaq təkərlərdən istifadə olunacaq. Bu trasın səthi kifayət qədər hamardır, Pirelli də asfalt örtüyünün codluğunu orta səviyyədə qiymətləndirib…

Mario İzola, Pirelli-nin avtoİdman proqramlarının rəhbəri: “Bu il mövsümün Avropa hissəsinin ilk mərhələsində iki mühüm təkər yeniliyi olacaq ki, bunların hər ikisi davamlılığa əsaslanır.

Birincisi, sıralanma turu ilə bağlıdır: İmolada biz reqlamentin yeni müddəasını sınaqdan keçirəcəyik ki, bu da hər üç sessiyada müxtəlif tərkibli sliklərin istifadəsini nəzərdə tutur: təsnifatın birinci hissəsində Hard, ikincisində Medium, üçüncüdə Soft tərkiblərindən istifadə olunacaq.

Bu, o deməkdir ki, hər bir sürücüyə həftəsonu üçün daha az sayda dəst veriləcək – yəni əvvəlki kimi 13 yox, bu dəfə 11 dəst təkərlə həftəsonuya başlayacaqlar. Bununla da təkərlərin istehsalı və daşınması zamanı ətraf mühitə olan zərərli təsir azalacaq.

Eyni səbəbdən, Emiliya Romanya Qran Prisindən başlayaraq, komandaların ixtiyarında güclü yağış üçün termal örtüklərdə əvvəlcədən isitmə tələb etməyən təkərlər olacaq. Traslarda aparılan sınaqlar göstərdi ki, belə isinmə olmasa da, bu təkərlər əvvəlki versiyasından daha səmərəli işləyir.

Bu, gələcəkdə termal örtüklərdən istifadənin mərhələli şəkildə dayandırılması istiqamətində ilk real addımdır və bu, Pirelli mütəxəssisləri tərəfindən aparılan bir sıra tədqiqatlardan sonra mümkün olub.

Son qeyd olaraq, biz İmola üçün daha yumşaq təkərlər (C3, C4 və C5) seçmişik ki, bu da komandalara daha geniş taktiki sxemlərdən seçim etməyə imkan verəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*