İtmiş Boeing hadisəsi Formula1-ə də təsir etdi

İki həftə əvvəl Malayziyanın itmiş Boeing 777 təyyarəsinin sərnişinlərinin qohumları Kuala Lumpurdakı Cyberview otelində öz yaxınları barədə xəbər gözləyirdilər, amma […]

İki həftə əvvəl Malayziyanın itmiş Boeing 777 təyyarəsinin sərnişinlərinin qohumları Kuala Lumpurdakı Cyberview otelində öz yaxınları barədə xəbər gözləyirdilər, amma bu gün onlar oteli tərk etməli olublar – oteldəki nömrələrin əksəriyyəti Malayziya Qran Prisinə gələn Ferrari komandasının personalı üçün əvvəlcədən bron olunubmuş.

Amerikanın NBC telekanalının yaydığı xəbərə görə, Berni Ekklstoun bildirib ki, bu otel Malaysia Airlines şirkətinə məxsus olan təyyarənin itməsindən çox-çox əvvəl komanda tərəfindən bron olunubmuş.

NBC-nin məlumatına görə, cümə günü Çinin 20-yə qədər vətəndaşı qonşu otellərə köçməli olublar. Ekklstoun sərnişinlərin qohumlarından üzr istəyib…

Berni Ekklstoun: “Mən bu insanlardan üzr istəyirəm. Amma qərarı otelin müdiriyyəti qəbul edib. Həm də təsəvvür edə bilərsinizmi ki, kiməsə bronun ləğvi barədə xəbər verilsin? Güman edirəm ki, oteli düşünmədən məhkəməyə verərdilər. Əgər bu nömrələr əvvəlcədən bron olunubsa, müdiriyyət nə etməlidir?”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*