İtalyanlar yarışın keçiriləcəyinə əmindirlər

F-1.az bildirir ki, İtaliya avtoklubunun (ACİ) prezidenti Anjelo Stikki Damyani Almaniya mətbuatında çıxan İtaliya Qran Prisinin ləğvi barədə xəbərləri təkzib edib.

Anjelo Stikki Damyani: “Yarışın ləğv edilməsi barədə xəbərlərin haradan yaranmasından xəbərim yoxdur. Hətta boş tribunalar önündə olsa belə, qran prinin baş tutacağına inanırıq. Sentyabrın əvvəllərində vəziyyətin necə olacağını bilmirik. Pandemiyanın o vaxta qədər bitməsinə ümid edirik, lakin indiki vəziyyətdə azarkeşsiz yarış təşkil etməyə hazırlaşırıq.

Açığı, azarkeşlərin olmaması bizi önəmli gəlir qaynağından məhrum edəcək, bu məsələni Liberty Media ilə müzakirə edirik. Əks istiqamətində yarış? Xeyr, Montsada bütün döngələr və start düzlüyü ənənəvi istiqamət üçün hazırlanıb”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*