İtaliyalılar F.Alonsonu ilk onluğa daxil etməyiblər

İtaliyanın nüfuzlu Autosprint jurnalı Formula1, ralli və dözümlülük yarışları üzrə bütün dövrlərin 10 ən yaxşı sürücüsünün növbəti siyahısını dərc edib […]

İtaliyanın nüfuzlu Autosprint jurnalı Formula1, ralli və dözümlülük yarışları üzrə bütün dövrlərin 10 ən yaxşı sürücüsünün növbəti siyahısını dərc edib – ən maraqlısı odur ki, Formula1 reytinqində italiyalılar Ayrton Sennanı ilk üçlüyə, Fernando Alonsonu isə, ümumiyyətlə, heç siyahıya daxil etməyiblər.

Jurnalın ekspertlərinin fikrincə, Formula1-in ən yaxşı sürücüsü beşqat dünya çempionu Xuan Manuel Fanxiodur, yeddiqat dünya çempionu Mixael Şumaher və üçqat dünya çempionu Ceki Styuart ilk üçlüyü tamamlayıblar. İlk onluğu isə son üç ilin çempionu Sebastyan Fettel tamamlayıb.

Ralli sürücülərinin siyahısına isə son doqquz ilin çempionu Sebastyan Löb başçılıq edib. Dözümlülük yarışlarının sürücüləri arasında birinciliyi keçmiş Formula1 sürücüsü Jaki İks qazanıb.

Reytinqlərin tərtibatçıları bildiriblər ki, “biz yalnız trasda göstərilən nəticələri deyil, həm də hər bir sürücünün öz dövründə əhəmiyyətini və verdiyi töhvəni nəzərə almışıq…”

Bütün dövrlərin 10 ən yaxşı Formula1 sürücüsü:
1. Xuan Manuel Fanxio
2. Mixael Şumaher
3. Ceki Styuart
4. Ayrton Senna
5. Cim Klark
6. Alen Prost
7. Stirlinq Moss
8. Alberto Askari
9. Niki Lauda
10. Sebastyan Fettel

, , , , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*