İtaliyalı nazir İmola mərhələsini təxirə salmağa çağırıb

İtaliyanın baş nazirinin müavini, infrastruktur və nəqliyyat naziri Matteo Salvini bölgədə güclü yağışlar və daşqınlar nəticəsində yaranmış fövqəladə vəziyyətlə əlaqədar İmolada keçiriləcək Emiliya Romanya Qran Prisinin təxirə salınmasını məqsədəuyğun hesab edir.

F-1.az xəbər verir ki, əyalətdə şiddətli yağıntı səngimək bilmir, yerli çaylar məcrasından çıxaraq avtodromun olduğu ərazini su ilə doldurub.

“Hazırda bütün səyləri fövqəladə vəziyyətlə mübarizəyə və yardım göstərməyə yönəltmək lazımdır”, – deyə Salvini İtaliyanın Sky tg24 telekanalına müsahibəsində bildirib.

La Gazzetta dello Sport-un İtaliya hökumətindəki mənbəsi hesab edir ki, İmola mərhələsinin başqa vaxta keçirilməsi mümkündür və Formula1 azarkeşləri bu həftəsonu Qran Prinin ləğvi qərarını başa düşəcəklər.

Emiliya Romanya Qran Prisinin keçirilməsi və ya ləğv edilməsi ilə bağlı rəsmi qərar çərşənbə günü Bakı vaxtı ilə saat 16:00-dan sonra, yəni təxminən bir saatdan sonra gözlənilir. Böyük ehtimalla Qran Pri ləğv olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*