İtaliyada yeni Ferrari-nin təqdimatına hazırlaşırlar

Modenadan 30 km məsafədə yerləşən Reccio Emiliya şəhərində yeni Ferrari maşınının təqdimatına hazırlaşırlar.

F-1.az xatırladır ki, tədbir fevralın 11-də Romolo Valli bələdiyyə teatrında keçiriləcək və onlayn yayımlanacaq.

Lakin yerli sakinlər, eləcə də şəhərin qonaqları teatrın 500 metrliyində Pyatsa Prampolini meydanın quraşdırılacaq böyük ekranda təqdimatı canlı izləyə biləcəklər. Təqdimat başlamazdan əvvəl Skuderiyanın sürücüləri Şarl Lekler və Sebastyan Fettel “7 İyul Hadisələri” meydanında pərəstişkarları ilə görüş və xüsusi bir avtoqraf sessiyası keçirəcəklər.

Ferrari-nin təqdimatı şərəfinə teatrın qarşısındakı meydanda fəvvarə, həmçinin Milan-Bolonya avtomobil yolunun üstündən keçən üç körpü İtaliya bayrağının rənglərinə xas xüsusi işıqlandırma ilə bəzədiləcək.

Sonda qeyd edək ki, yeni maşının mümkün adı ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bəzi mənbələr yeni maşının Cavallino (Kavallino) adlandırılacağına işarə edirlər, digərləri isə SF1000-in daha ənənəvi versiyasına üstünlük verirlər, çünki 2020-ci ildə Ferrari maşınları çempionat tarixində 1000-ci dəfə starta çıxacaqlar (Əbu Dabidə keçənilki son yarış komanda tarixində 991-ci olmuşdu).

Hər halda, cəmi bir neçə gündən sonra Maranelloda yeni maşının dəqiq adını biləcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*