F-1.az xəbər verir ki, İtaliyanın ACİ avtomobil klubunun prezidenti Ancelo Stikki Damyani hesab edir ki, bu tarixdən sonra hər iki avtodromun təqvimdə qalması ehtimalı azdır.
Ancelo Stikki Damyani: “Biz Formula1-lə ayaqlaşmalıyıq və bunun üçün bizə daimi inkişaf lazımdır. Keçən il biz 44 milyon sərmayə qoyduq və hər şey çox yaxşı getdi, lakin Qran Prinin yüksək cari xərcləri səbəbindən bu pulun bir hissəsi itirildi. Nəticə etibarı ilə biz indi büdcə problemi ilə üz-üzəyik və bu problemi təkbaşına həll etməyə cəhd göstərə bilmərik.
2025-ci ilə qədər iki yarış keçirməyə razılaşaraq möcüzə yaratdıq. Ancaq bu tarixdən sonra hər şeyin olduğu kimi qalacağını düşünmək üçün böyük optimist olmaq lazımdır.
Stefano Domenikaliyə və Formula1-ə niyyətimizin ciddiliyini göstərmək lazımdır. Qran Pri üçün müraciətlər dünyanın hər yerindən gəlir, ona görə də danışıqlar aparmaq bizim üçün asan olmayacaq”.