F-1.az xatırladır ki, Formula1 rəhbərliyi idmanın ruhunu öldürmədən ənənəvi həftəsonu formatında dəyişiklik etmək istəyir. Buna görə sprint formatı başda olmaqla bir neçə üsul tətbiq edilib.
Yarışlarda dəyişikliklər olsa da, sıralanma turunda bu elə də mümkün deyil. İndiki sıralanma turu formatı 17 ildir ki, tətbiq edilir və hamı tərəfindən sevilir.
Formula1 rəhbərliyi 2016-cı ildə ələmə formatı etsə də, bu format heç sevilməmiş və fiaskoya uğramışdı.
Lakin bu mövsüm etibarı ilə rəhbərlik yeni format sınamağa qərar verib. Bu formata görə sürücülər birinci sessiyada Hard, ikinci sessiyada Medium, üçüncü sessiyada isə Soft təkərlərdən istifadə etməlidirlər. Bundan başqa sürücülərə təqdim edilən təkər dəsti sayında da azalma olur.
Bu format ilk dəfə bu il Macarıstan Qran Prisində tətbiq edilsə də, pis hava şəraitinə görə gözlənilən effekt alınmayıb. Buna görə ikinci dəfə İtaliyada sınaqdan keçiriləcək.
Formatın davamlı qalıb-qalmayacağı isə hələ də məlum deyil.
Format ərzində bu təkər dəstlərindən istifadə ediləcək:
Birinci Sessiya – Hard təkər
İkinci Sessiya – Medium təkər
Üçüncü sessiya – Soft təkər
Birinci sessiyada Hard təkərlərdən istifadə etmək çox vacibdir, çünki bir tərəfdən təkər qızdırarkən bir tərəfdən də trafikdən çıxmaq asan olmayacaq. Bu həm sürücülər üçün, həm də komandalar üçün əsl meydan oxumadır.