İtaliya yarışı baş tutacaq

İtaliya Qran Prisinin təşkilatçısı Ancelo Stikki Damiani bildirib ki, 2020-ci ildə Montsa yarışı keçiriləcək.

F-1.az xatırladır ki, İtaliya koronavirusdan ən çox əziyyət çəkən ölkədir. Beləki, appeninlilərdən 41 min nəfəri bu virusa yoluxub və 3400 nəfər dünyasını dəyişib. Buna görə də əksəriyyət düşünür ki, bu il İtaliyada əksər idman tədbirləri baş tutmayacaq. Buna Formula1 də daxildir.

Qeyd edək ki, Formula1 üzrə 2020-ci ilin ilk 7 yarışı ya ləğv olunub ya da təxirə salınıb və mövsümün Azərbaycan Qran Prisi ilə başlanması gözlənilir. İtaliya yarışı sentyabrın 6-da baş tutmalıdır. Əgər İtaliyadakı vəziyyət o vaxta qədər düzəlməsə, əfsanəvi Montsadakı yarış da ləğv olunacaq.

Ancelo Damiani: “Montsa yarışı təhlükəsiz tarixdədir. Ümid edirəm ki, hər şey düzələr. İyun ayında Azərbaycan yarışı ilə mövsümə başlamağı planlaşdırırıq. Eyni ayda başqa yarışlar da olacaq. İyul və Avqust aylarında isə təxirə salınmış yarışlardan bəziləri keçiriləcək. Avqustun sonunda Belçika, daha sonra isə bizim yarışımız baş tutacaq. Düzü, bizim yarışımız təxirə salınanlardan risksizdir. Çünki sentyabrdadır. Mən fanat olsam, iyun,iyul və ya avqustdakı yarışlara bilet almazdım. Ya bizim yarışa ya da bizdən sonrakı yarışlara bilet alardım. Sözün düzü, pozitiv düşünürük. Düşünürəm ki, Montsa yarışı keçiriləcək və fanatlar yarışa baxmağa gələcəklər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*