Quru. Günəşli. Havanın temperaturu +28° C, trasın temperaturu +41° C
Monsanın əfsanəvi trası aerodinamikaya tələbkar deyil, amma maksimal sürət tələb edir ki, sıralanma turunda qüvvələr nisbətinə təsir edir. Dünən axşam bir çox maşınlara sürət çatmırdı, düz yolda DRS-dən istifadə zamanı motor məhdudiyyətlə çalışırdı.
Poulu Lyuis Həmilton qazanmışdı, Censon Batton komanda yoldaşına azca uduzmuşdu, ikinci cərgədən isə Massa və Şumaher start alacaqdılar. Stabilizatorun nasazlığı üzündən çempionatın lideri dünən onuncu olmuşdu.
Roman Qrojan Spadakı insidnetə görə yarışa buraxılmamışdı, onu Jerom D’Ambrozio əvəz edib, iki sürücü startda yer itirib: Pastor Maldonado Spada falstarta və Timo Qloka insidentə görə 10 yer, Pol di Resta isə ötürmələr qutusunun dəyişməsinə görə 5 yer.
Monsa trası ötməyə imkan verir, amma son 5 ildə poulun sahibi 4 dəfə qələbə qazanıb – yalnız 2009-cu ildə Həmilton pouldan start alsa da, qələbəni Rubens Barrikello bayram etmişdi.
Peres, D’Ambrozio, Hülkenberq və Maldonado starta Hard təkərlərlə çıxıblar, digər sürücülər isə Medium-u seçiblər. Startda ciddi insident baş verməyib. Həmilton poulun üstünlüyünü qoruyub, Massa Battonu qabaqlayıb və hətta birinci döngədə Lyuisə də hücum edib, amma britaniyalı sürücü öndə qala bilib. Uebber Pereslə təmas yaşayıb və 3 mövqe itirib, Rosberq 5 mövqe itirib, Alonso isə 4 mövqe qazanıb. 2-ci dövrədə ilk onluq: Həmilton – Massa – Batton – Şumaher – Fettel – Rəykkönen – Alonso – Kobayaşi – di Resta – Senna.
Həmilton Massadan uzaqlaşmağa başlayıb, 4-cü dövrədə Fettel Şumaheri qabaqlayıb, 5-ci dövrədə Alonso Rəykköneni, bir dövrə sonra isə Şumaheri keçib və beşinciliyə yüksəlib. 8-ci dövrədə Vern trasdan çıxaraq mübarizəni dayandırıb. 10-cu dövrədə Uebber di Restanı qabaqlayaraq ilk onluğa düşüb.
13-cü dövrədə Maldonado pit-stoplar dalğasaına start verib: 14-cü dövrədə Rosberq, 15-ci dövrədə Şumaher boksa gediblər. Peres Rəykköneni keçib və Kimi dərhal pit-leynə yönəlib. 18-ci dövrədə Batton Massanı qabaqlayaraq itirdiyi mövqeyini geri qaytarıb və Felipe də təkərləri dəyişməyə yollanıb. 20-ci dövrədə Fettel, Alonso və Kobayaşi, 21-ci dövrədə Uebebr və di Resta, 22-ci dövrədə Batton, 23-cü dövrədə Həmilton mexaniklərinə qonaq olublar.
Yarışa Serxio Peres başçılıq edib – Sauber ilk pit-stopu maksimum uzadıb, amma 29-cu dövrədə Həmilton meksikalı sürücünü qabaqlamaqla liderliyi özünə qaytarıb, Alonso isə ikinci cəhddən Fetteli qabaqlayıb – birinci cəhdi zamanı Fettel Alonsonu trasdan çıxmağa məcbur edib və stüardlar almaniyalı sürücünün pit-leyndən keçməklə cərimələyiblər. 29-cu dövrədə Peres yeganə pit-stopunu gerçəkləşdirib. 30-cu dövrədə ilk onluq: Həmilton – Batton – Massa – Alonso – Fettel – Şumaher – Rəykkönen – Peres – Rosberq – Uebber.
33-cü dövrədə Battonun maşını sürətini itirib – britaniyalı sürücü yarışı dayandırmalı olub. 34-cü dövrədə cəriməsini çəkməyə yollanan Fettel trasa 9-cu qayıdıb. 35-ci dövrədə Peres Rəykköneni qabaqlayıb – sürücülər arasında bir neçə dəfə mövqe qəyişikliyi olub, sonda Serxio öndə qala bilib. 36-cı dövrədə ilk onluq: Həmilton – Massa – Alonso – Şumaher – Peres – Rəykkönen – Rosberq – Uebebr – Fettel – di Resta.
37-ci dövrədə Şumaher sonuncu dəfə pit-stop keçirib, Rosberq Rəykköneni qabaqlasa da, növbəti dövrədə pitə yollanıb. Alonso problemsiz Massanı qabaqlayaraq ikinciliyə yüksəlib. Daha təzə təkərlərlə olan Peres isə sürətlə Massaya yaxınlaşıb və 43-cü dövrədə onu qabaqlayıb. 46-cı dövrədə isə meksikalı sürücü Alonsonu da arxada qoyaraq Həmiltonu təqib etməyə başlayıb.
48-ci dövrədə Fettelin maşınında növbəti generator sıradan çıxıb və almaniyalı sürücü mübarizədən kənar qalıb. Elə həmin dövrədə Şumaher Uebberi qabaqlayıb. 49-cu dövrədə Rosberq di Restanı keçib. 50-ci dövrədə Uebber yerində fırlanıb, bir az sonra isə maşın sürətini itirib – Red Bull komandası mövsümdə birinci dəfə xalsız qalıb. Hülkenberq də maşınını boksda saxlayıb.
Peres Həmiltonla fərqi minimuma endirsə də, britaniyalı sürücü finişdə birinci olub və karyerasında 20-ci, mövsümdə isə 3-cü qələbəsini qazanıb.
Serxio Peres isə ikinci olmaqla mövsümdə 3-cü dəfə podiuma qalxıb. Alonso da podiumlarının sayını artırıb. Mövsümün Avropa yarışlarıa arxada qalıb, iki həftədən sonra bizi maraqlı Sinqapur gecə yarışı gözləyir…
Yer | Pilot | Komanda | Motor | Vaxt |
01 | L.Həmilton | McLaren | Mercedes | 1.19:41.221 |
02 | S.Peres | Sauber | Ferrari | + 0:04.356 |
03 | F.Alonso | Ferrari | Ferrari | + 0:20.594 |
04 | F.Massa | Ferrari | Ferrari | + 0:29.667 |
05 | K.Rəykkönen | Lotus | Renault | + 0:30.881 |
06 | M.Şumaher | Mercedes AMG | Mercedes | + 0:31.259 |
07 | N.Rosberq | Mercedes AMG | Mercedes | + 0:33.550 |
08 | P.di Resta | Force İndia | Mercedes | + 0:41.057 |
09 | K.Kobayaşi | Sauber | Ferrari | + 0:43.898 |
10 | B.Senna | Williams | Renault | + 0:48.144 |
11 | P.Maldonado | Williams | Renault | + 0:48.682 |
12 | D.Rikkardo | Toro Rosso | Ferrari | + 0:50.316 |
13 | J.D’Ambrozio | Lotus | Renault | + 1:15.861 |
14 | H.Kovalaynen | Caterham | Renault | + 1 dövrə |
15 | V.Petrov | Caterham | Renault | + 1 dövrə |
16 | Ş.Pik | Marussia | Cosworth | + 1 dövrə |
17 | T.Qlok | Marussia | Cosworth | + 1 dövrə |
18 | P.de la Rosa | HRT | Cosworth | + 1 dövrə |
19 | N.Kartikeyan | HRT | Cosworth | + 1 dövrə |
20 | M.Uebber | Red Bull | Renault | + 2 dövrə |
21 | N.Hülkenberq | Force İndia | Mercedes | + 2 dövrə |
22 | S.Fettel | Red Bull | Renault | + 6 dövrə |
– | C.Batton | McLaren | Mercedes | – |
– | J.E.Vern | Toro Rosso | Ferrari | – |
Sürətli dövrə: Niko Rosberq (Mercedes AMG) – 1:27.239 (53-cü dövrə).
Turnir cədvəli:
Yer | Pilot | Komanda | Motor | Xal |
01 | F.Alonso | Ferrari | Ferrari | 179 |
02 | L.Həmilton | McLaren | Mercedes | 142 |
03 | K.Rəykkönen | Lotus | Renault | 141 |
04 | S.Fettel | Red Bull | Renault | 140 |
05 | M.Uebber | Red Bull | Renault | 132 |
06 | C.Batton | McLaren | Mercedes | 101 |
07 | N.Rosberq | Mercedes AMG | Mercedes | 83 |
08 | R.Qrojan | Lotus | Renault | 76 |
09 | S.Peres | Sauber | Ferrari | 65 |
10 | F.Massa | Ferrari | Ferrari | 47 |
11 | M.Şumaher | Mercedes AMG | Mercedes | 43 |
12 | K.Kobayaşi | Sauber | Ferrari | 35 |
13 | P.di Resta | Force İndia | Mercedes | 32 |
14 | N.Hülkenberq | Force İndia | Mercedes | 31 |
15 | P.Maldonado | Williams | Renault | 29 |
16 | B.Senna | Williams | Renault | 25 |
17 | J.E.Vern | Toro Rosso | Ferrari | 8 |
18 | D.Rikkardo | Toro Rosso | Ferrari | 4 |
19 | H.Kovalaynen | Caterham | Renault | 0 |
20 | V.Petrov | Caterham | Renault | 0 |
21 | J.D’Ambrozio | Lotus | Renault | 0 |
22 | T.Qlok | Marussia | Cosworth | 0 |
23 | Ş.Pik | Marussia | Cosworth | 0 |
24 | N.Kartikeyan | HRT | Cosworth | 0 |
25 | P.de la Rosa | HRT | Cosworth | 0 |
Yer | Komanda | Motor | Xal |
01 | Red Bull | Renault | 272 |
02 | McLaren | Mercedes | 243 |
03 | Ferrari | Ferrari | 226 |
04 | Lotus | Renault | 217 |
05 | Mercedes AMG | Mercedes | 126 |
06 | Sauber | Ferrari | 100 |
07 | Force İndia | Mercedes | 63 |
08 | Williams | Renault | 54 |
09 | Toro Rosso | Ferrari | 12 |
10 | Caterham | Renault | 0 |
11 | Marussia | Cosworth | 0 |
12 | HRT | Cosworth | 0 |