Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Tyrell komandasının keçmiş sürücüsü, İndycar seriyasının çempionu və “İndianapolisin 500 mili” yarışının qalibi Dənni Sallivan kömək edəcək.
F-1.az FİA-nın rəsmi saytına istinadən bildirir ki, həftəsonunun mübahisəli insidentlərini araşdırmaqda SallivanFİA-nın Avtoİdman üzrə Ümümdünya Şurasının üzvü, İçveç Federasiyasının prezidenti Lars Österlində və FİA-da ABŞ-ın nümayəndəsi, McLaren komandasının qurucularından biri Teddi Mayerin oğlu Tim Mayerə kömək edəcək…