İtaliya Qran Prisi: Son metrlərdə qazanılmış qələbə

Finiş xətti üzərində Yamaha-nın ispaniyalı sürücüsü Xorxe Lorenso Honda-dan olan həmyerlisini Mark Markesi cəmi 0.019 saniyə qabaqlayıb...

F-1.az xəbər verir ki, Xorxe Mucelloda yarışa möhtəşəm başlayb – beşinci yerdən start alan sonuncu dünya çempionu ilk döngəyə birinci girib. Poulun sahibi və Xorxenin komanda yoldaşı Valentino Rossi ikinci yerdə möhkəmlənib. Tribunaya toplaşan azarkeşləri tərəfində ruhlandırılan Rossi uzun müddət komanda yoldaşının arxa təkərindən qopmayıb.

Amma Yamaha sürücülərinin keçən ildən davam edən gərgin duelini Doktorun motosikletindəki problemlər yarımçıq qoyub – motordan çıxan tüstü Valenin tiffozilərini məyus edib.

Lorenso bir müddət rahat nəfəs alsa da, tezliklə Markes ona çatıb. Yarışın son dövrələrinə hücum planlaşdıran ikiqat dünya çempionu Xorxeyə tam yaxınlaşıb.

İlk iki hücum bəhrə verməyib – Lorenso trayektoriyanı çarpazlaşdıraraq hər dəfə liderliyini qaytara bilib. Yarışın kulminasiyası son dövrədə baş tutub – Markesin növbəti cəhdi uğurlu olub və həmyerlisinin önünə keçə bilib. Amma Xorxe təslim olmayıb və sonuncu dövrədən Markesə bitişik çıxıb.

Hava kisəsinin üstünlüyündən istifadə edən Lorenso finiş xəttinə az qalmış hücuma atılıb və damalı bayraq altında Markesi cəmi 0.019 saniyə qabaqlayıb. Ardıcıl ikinci qələbədən sonra Xorxe çempionatda liderliyini möhkəmlədib.

Jorge Lorenzo, Marc Marquez, photofinish, Gran Premio d'Italia TIM

 

Yerli azarkeşləri isə Andrea Yannone sevindirə bilib – Ducati-nin sürücüsü podiumun ispaniyalı sürücülərdən ibarət olmasına mane olub və Honda-dan Dani Pedrosanın hücumlarını uğurla dəf edib. Ducati-nin digər italiyalı sürücüsü Andrea Dovitsiozo ilk altılığı tamamlayıb.

Çempionatın növbəti mərhələsi iki həftədən sonra Kataloniyada baş tutacaq…

Yer Sürücü Komanda Motosiklet Zaman/Fərq Dövrə
1  Xorxe Lorenso  Yamaha Factory Racing Yamaha YZR-M1 41:36.535 23
2  Mark Markes  Repsol Honda Team Honda RC213V + 0:00.019 23
3  Andrea Yannone  Ducati Team Ducati Desmosedici GP16 + 0:04.742 23
4  Dani Pedrosa  Repsol Honda Team Honda RC213V + 0:04.910 23
5  Andrea Dovitsiozo  Ducati Team Ducati Desmosedici GP16 + 0:06.256 23
6  Maverik Vinyales  Team Suzuki MotoGP Suzuki GSX-RR + 0:08.670 23
7  Brədli Smit  Monster Yamaha Tech 3 Yamaha YZR-M1 + 0:13.340 23
8  Danilo Petruççi  Pramac Racing Ducati Desmosedici GP15 + 0:14.598 23
9  Aleş Esparqaro  Team Suzuki MotoGP Suzuki GSX-RR + 0:18.643 23
10  Mikele Pirro  Ducati Team Ducati Desmosedici GP16 + 0:22.298 23
11  Kel Kratçlou  Team LCR Honda RC213V + 0:27.936 23
12  Hektor Barbera  Avintia Racing Ducati Desmosedici GP14 + 0:35.712 23
13  Yucin Laverti  Aspar Racing Team Ducati Desmosedici GP14 + 0:38.032 23
14  Ştefan Bradl  Aprilia Racing Team Aprilia RS-GP + 0:40.094 23
15  Pol Esparqaro  Monster Yamaha Tech 3 Yamaha YZR-M1 + 0:59.811 23
16  Yonni Hernandes  Aspar Racing Team Ducati Desmosedici GP14 + 1:04.397 23
 Valentino Rossi  Yamaha Factory Racing Yamaha YZR-M1 8
 Skott Reddinq  Pramac Racing Ducati Desmosedici GP15 8
 Cek Miller  Marc VDS Racing Team Honda RC213V 0
 Loris Baz  Avintia Racing Ducati Desmosedici GP14 0
 Alvaro Bautista  Aprilia Racing Team Aprilia RS-GP 0
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*