İtaliya Qran Prisi: Rossi ev trasında poul qazanıb!

Valentino Rossi son 3 Qran Pridə ikinci dəfə poul qazanıb. Maraqlıdır ki, Mucelloda Doktor gələn il komanda yoldaşı olacaq Maverik Vinyalesin arxasında sürət yığaraq slip-strik hesabına yüksək nəticə göstərib. Maverik isə yekunda ikinci nəticə göstərib.

F-1.az xatırladır ki, 37 yaşlı italiyalı 2008-ci ildən sonra ilk dəfə azarkeşləri önündə pouldan start alacaq. Son cəhdində çempionatın ən titullu sürücüsü gələcək komanda yoldaşını 0.094 saniyə qabaqlayıb.

Əvvəlcə Rossi ilk cərgəyə belə ciddi namizəd hesab olunmayıb: Andrea Yannone məşqlərdə yaxşı nəticə göstrərək sıralanma turuna da mükəmməl başlayıb və birinci sətrdə möhkəmlənib.

Keçən il Mucelloda pouldan start almış Ducati-nin sürücüsünü sessiyanın sonuna 30 saniyə qalmış son cəhdinə başlayan Doktor cəmi 0.1 saniyə üstələyə bilib. Daha sonra isə Yannnoneni Vinyales də məyus edib.

Mark Markes Honda-dan ən güclü olmaqla yalnız dördüncü yerlə barışmalı olub. Sonuncu dünya çempionu və çempionatın lideri Xorxe Lorenso beşinci nəticə işə kifayətlənib.

Beləliklə, Rossi karyerasında 53-cü poulunu qazanıb. Mik Duenin rekorduna (58 poul) çox az qalıb…

Yer Sürücü Komanda Motosiklet Dövrə
1  Valentino Rossi Yamaha Factory Racing Yamaha YZR-M1 1.46,504
2  Maverik Vinyales Team Suzuki MotoGP Suzuki GSX-RR 1.46,598
3  Andrea Yannone Ducati Team Ducati Desmosedici GP16 1.46,607
4  Mark Markes Repsol Honda Team Honda RC213V 1.46,759
5  Xorxe Lorenso Yamaha Factory Racing Yamaha YZR-M1 1.46,882
6  Aleş Esparqaro Team Suzuki MotoGP Suzuki GSX-RR 1.47,186
7  Dani Pedrosa Repsol Honda Team Honda RC213V 1.47,218
8  Brədli Smit Monster Yamaha Tech 3 Yamaha YZR-M1 1.47,247
9  Danilo Petruççi Pramac Racing Ducati Desmosedici GP15 1.47,261
10  Skott Reddinq Pramac Racing Ducati Desmosedici GP15 1.47,359
11  Mikele Pirro Ducati Team Ducati Desmosedici GP16 1.47,361
12  Yonni Hernandes Aspar Racing Team Ducati Desmosedici GP14 1.47,436
13  Andrea Dovitsiozo Ducati Team Ducati Desmosedici GP16 1.47,089
14  Pol Esparqaro Monster Yamaha Tech 3 Yamaha YZR-M1 1.47,159
15  Hektor Barbera Avintia Racing Ducati Desmosedici GP14 1.47,555
16  Kel Kratçlou Team LCR Honda RC213V 1.47,659
17  Cek Miller Marc VDS Racing Team Honda RC213V 1.47,830
18  Yucin Laverti Aspar Racing Team Ducati Desmosedici GP14 1.48,111
19  Alvaro Bautista Aprilia Racing Team Aprilia RS-GP 1.48,372
20  Ştefan Bradl Aprilia Racing Team Aprilia RS-GP 1.48,646
21  Loris Baz Avintia Racing Ducati Desmosedici GP14 1.48,991
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*