F-1.az xəbər verir ki, seriyanın başçısı Karmelo Espeleta koronavirus epidemiyası səbəbindən Mucello üçün təqvimdə uyğun bir yer tapa bilmədiyini təsdiqləyib. Pandemiya MotoGP-ni mövsümün ilk on yarışını geridə qoymağa məcbur edib. Beləliklə, Mucello tam ləğv olunmuş mərhələlər arasında Qətər, Hollandiya, Almaniya, Finlandiya, Böyük Britaniya, Avstraliya və Yaponiya Qran Prilərinə qoşulub.
MotoGP mövsümünün 19 iyulda Xeresdə başlaması planlaşdırılır. İspan trasında ardıcıl iki yarış keçirilməlidir. MotoGP mövsümünün Avropa hissəsi üçün tam təqvimi bu həftə dərc edəcək. Noyabrın ortalarına qədər Avropadan kənar mərhələlərin keçirilməsi gözlənilmir.
Qeyd edək ki, Mucelloda MotoGP mərhələsinin ləğv edilməsi xəbəri payızda Formula1 yarışının bu trasda təşkil olunması barədə yayılan şayiələrin fonunda ortaya çıxıb.