İtaliya Qran Prisi: Pirelli – Soft və Medium

Keçən il Montsada yarış cəmi bir pit-stopla keçmişdi, yarışdan sonra hamı Pirelli-ni sürətli avtodroma bərk təkərlər gətirdiyinə görə qınamışdı. Ona […]

Keçən il Montsada yarış cəmi bir pit-stopla keçmişdi, yarışdan sonra hamı Pirelli-ni sürətli avtodroma bərk təkərlər gətirdiyinə görə qınamışdı. Ona görə də şirkət tənqiddən nəticə çıxarıq: bu dəfə komandalar orta təkər cütlüyünü – Soft və Medium təkərləri alacaqlar.

F-1.az xatırladır ki, yüksək sürət və ciddi əyləc zonaları üzündən Formula1 yarışı zamanı Montsada təkərə düşən yüklənmə kifayət qədər çoxdur, amma Pirelli Motorsport-un başçısı Pol Hembri hesab edir ki, onlar düzgün seçim ediblər…

Pol Hembri: “Montsa yarışı mövsümün həlledici anıdır, bu trasın gözəl tarixi car, İtaliya Qran Prisi isə həmişə fantastik atmosferlə yadda qalır.

Bu dəfə biz Medium və Soft təkərlərini seçmişik, keçən illə müqayisədə bir pillə yumşaq təkərlərə üstünlük vermişik, amma sürətə edilən kompromisi nəzərə alsaq bu təkərlər trasa uyğun gəlməlidirlər. Əlbəttə, təkərlərin yeyilməsi, dağılması gözlənilən həddə olacaq, buna görə də cümə sərbəst yürüşlərin yarış strategiyasının tərtibi üçün vacib olacaq. Bir-birinə yaxın olan tərkiblərlə komandalar müxtəlif variantlar düşünə bilərlər.

Montsada maşınlar asfalta yatma qüvvəsinin ən az kəmiyyətinə sazlanırlar, ona görə də maşının sürətlənməsi və əylənməsi zamanı təkərlərə çox yüklənmə düşür: asfaltla ilişmə tam təkərlərdən asılı olur. Porebriklərə hücumlar isə təkərlərin stabillik və effektivliyinə tələbləri artırır.

Biz iki həftə əvvəl Spada Sebastyan Fettelin maşınında arxa təkərin partlamasını tam araşdırdıq və həftəsonu tam texniki təhlili nəzərinizə çatdıracayıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*