İtaliya Qran Prisi: Ötmə zonaları

FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin İtaliyada istifadə zonalarını təyin edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Montsada […]

FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin İtaliyada istifadə zonalarını təyin edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Montsada da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, əgər Lesmo döngələri (6-cı və 7-ci döngələr) arasında yerləşən deteksiya nöqtəsində maşınlar arasında interval bir saniyədən az olarsa, onda Ascari şikanasınadək olan düzlükdə arxadakı sürücü antiqanadın hərəkətli elementindən istifadə etmək hüququ qazanacaq. Əgər Parabolica döngəsinin girişində ikinci deteksiya nöqtəsində inerval yenə də bir saniyədən az olarsa, onda elə bu döngədən sonra start-finiş düzlüyündə də arxadakı sürücü DRS-i aktivləşdirə biləcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*