Motsa həftəsonuna tərtib olunmuş son hava proqnozu yeksək ehtimalla yağış və dəyişkən hava vəd edir…
Cümə günü havanın temperaturu +25 dərəcəyədək qızacaq, güclü cənub-şərq küləyi gözlənilir. Yağışın yağma ehtimalı isə 50%-dir.
Sıralanma turu tam yağışlı ola bilər – şənbə günü yağışın yağma ehtimal 90% təşkil edir. Bazar günü külək kəsəcək, səmanın üzü açılacaq, yağış gözlənilmir, hava isə +24 dərəcəyədək qızacaq.
F-1.az xatırladır ki, keçən il bütün Formula1 sessiyaları quru trasda baş tutmuşdu.