İtaliya Qran Prisi ərəfəsində Brembo şirkətinin mühəndisləri Montsa avtodromunda ən ciddi əylənmə nöqtəsini – birinci döngənin girişini təsvir edən videoçarx hazırlayıblar.
F-1.az şirkətin rəsmi videosuna istinadən bildirir ki, Formula1 sürücüləri bolidin sürətini 160 metr ərzində 270 km/saat azaltmalıdırlar, bu zaman əylənmədən 2777 kVt güc ayrılır, yüklənmə 5.8g-yə çatır, əyləc pedalına edilən təzyiq isə 177 kq təşkil edir…