F-1.az xatırladır ki, almaniyalı sürücü bu il etdiyi bəsit səhvlərlə gündəmə gəlib. Belə görünür ki, İtaliya mətbuatı Fettelin bu səhvlərindən bezib.
La Gazzetta dello Sport: “Ferrari xarabalığa dönüb. Strateqlər səhv edir, səhvlərindən dərs çıxarmayan zəif sürücüləri var və öz komandasına hücum edən rəhbərə sahibdirlər. Montsadan əvvəl belə çöküşü heç kim ağlına gətirməzdi”.
La Stampa: “Bəlkə, bəxtsizlikdir, amma Fettel heç nəyi düz etmir”.
Corriere dello Sport: “Problem sadəcə komanda və pilotlarda ola bilər. Fettel dərin böhran içindədir”.
Corriere della Sera: “Almaniyalı sürücü növbəti dəfə bərbad start aldı. Bu da onun özünəinamsızlığını göstərir”.
La Repubblica: “Həmilton Fanxionun rekorduna yaxınlaşdığı halda, Ferrari uğursuzluq yaşayır. Fettel uduzmaq üçün ən pis vaxtı seçdi və öz komandasını tənqid edən Arrivabene ilə işləyir”.