F-1.az xatırladır ki, Ferstappen yarışdan sonrakı mətbuat konfransında mövzu ilə əlaqədar “Bunu Həmilton daha yaxşı bilir” demişdi.
Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda isə qərarın 50/50 nisbətində olduğunu demişdi və cəzanı normal qarşılamışdı. Amma İtaliya mətbuatı Rosberqin cəza almasını birmənalı qarşılamayıb: “Rosberqə cəza verilməsi doğru deyildi. Maksa qarşı bir az sərt olsa da, bu bir yarışdır. Keçmək üçün hücum etd və daha sonra cəza aldı. Bu cür hadisələr normal qarşılanmalıdır”.