İtaliya mətbuatı Rəykköneni dəstəkləyib

İtaliyanın qabaqcıl jurnalistləri Ferrari-ni ikinci sürücü məsləsinə görə sərt tənqid ediblər.

F-1.az xatırladır ki, Ferrari komandası Çində Bottası ləngitməsi üçün Rəykköneni pitə gec çağırmışdı. Buna görə də, finlandiyalı sürücü pit çıxışında 2 yer ititrərək, 6-cı yerə düşmüşdü.

La Gazzetta dello Sport-dan Pino Alliyevi bildirib ki, “qırmızılar” bu il Rəykkönendən yem kimi istifadə edirlər: “Ferrari Bottası ləngitmək və Fetteli önə çıxarmaq üçün Rəykkönendən istifadə etdi. Uzun illərdir ki, Rəykköneni tənqid etdik. Amma bu ilə fərqli ruhla başlayıb və bizə çempion olduğunu xatırladır. Ferrari də bunu anlamalıdır. Lakin Kimi strategiya ilə cəzalandırılır. Komandada Fettelin dəstəkçisi kimi göstərilir. Bu isə sürücünün əhvalına və performansına təsir göstərən amildir”

İtaliyadan olan başqa jirnalist Antonio Kremonezi də eyni fikirdədir: “Rəykkönenlə belə davrandıqları halda Ferrari uğur qazana bilməz”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*