İtaliya mətbuatı Leklerin səhvi barədə…

F-1.az bildirir ki, Ferrari-nin səhvləri adətən yerli mətbuatda kəskin reaksiyalara səbəb olur. Lakin bu dəfə Leklerin səhvi o qədər də sərt tənqid edilməyib...

Gazzetta dello Sport: “Ferrari Fransada sürətli idi, Lekler üstün görünürdü və Red Bull-da problemlər var idi. Lakin Şarl yarışı təkərlərdən düzəldilmiş maneələrdə başa vurdu və Ferstappen 25 xal topladı. Lekler istedadlı sürücüdür, çox işləyir, əlindən gələni edir. Təəssüf ki, bu dəfə səhv etdi. Lakin bunu dərhal etiraf edərək səmimiyyəti ilə rəğbət qazandı.

Maşını Fransada ən sürətli olmasa da, Ferstappen qələbə qazandı. Leklerin səhvi olmasaydı, nəticənin necə olacağını mühakimə etmək çətindir. Çempion ola bilmək üçün yarışlarda qalib gəlmək və səhv etməmək lazımdır. Maks keçmiş səhvlərindən dərs aldı və zamanla qüsursuz sürücüyə çevrildi. İndi Lekler bu yolla gedir”.

Corriere dello Sport: “Hər bir Ferrari fanatı Şarl maneəyə çırpılarkən onunla birlikdə qışqırdı. Heç kim mükəmməl deyil, lakin titul hər zaman ən az səhv edənə berilir. Ferstappen böyük üstünlük əldə etdi və inamla ikinci tituluna doğru gedir. Lekler nəticə çıxaracaq və səhvlərini təkrar etməyəcək. Əvvəllər hər zaman onlardan dərs çıxarıb, lakin bu dəfə məğlubiyyət çox acı idi. Fettel də 4 il əvvəl Ferrari idarə edərkən Hokkenhaymda oxşar qəzaya uğramışdı”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*