İtaliya mətbuatı: “Ferrari sürücüləri fiaskodur”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene son iki yarışda Mercedes və Red Bull-dan geri qaldıqdan sonra Kanadada daha güclü olmağa ümid edir...

F-1.az xatırladır ki, Ferrari-nin son yarışlardakı uğursuz performansından sonra İtaliya mediası Ferrari-nin böhranda olduğunu yazır, amma Arrivabene bildirib ki, onlar komanda olaraq bu hadisələrə sərt şəkildə cavab verəcəklər.

Mauritsio Arrivabene: “Kanada üçün bəzi yeniliklərin gətirilməsini sürətləndirəcəyik. Orada fərqli Ferrari görəcəksiniz. Rəqabətədavamlı olmaq üçün hər yarışda inkişaf etməliyik və biz də bunu planlaşdırırıq”.

Arrivabene Ferrari-nin Red Bull-dan geri qaldığı barədə xəbərlərə sərt reaksiya verib: “Ferrari-nin problemi Red Bull-dursa, onda mən evimə qayıtmalıyam”.

Sebastyan Fettel Ferrari-nin Monako uğursuzluğuna görə bütün məsuliyyəti öz üzərinə götürmüşdü, amma La Gazzetta dello Sport bunun doğru olmadığını düşünür: “Fettel məsuliyyəti öz üzərinə götürdü, amma bu onun problemi deyildi. Liderlik xüsusiyyəti olmayan bolidlə mübarizə aparır və Maranello doğru yolda deyil”.

Corriere della Sera isə bildirib ki, Fettel məsuliyyəti öz üzərinə götürməkdə haqlıdır.

La Stampa isə bu məsələyə fərqli yanaşıb: “Həmilton Monakoda 7 aylıq fasilədən sonra qalib gəldi. Maranello da hazırkı böhranı həll etməlidir”.

Tutto Sport isə bildirib ki, Ferrari-də fiaskonun səbəbi sürücülər idi.

La Gazzette Dello Sport bolidi bariyerlərə çırpan Kimi Rəykköneni tənqid edib: “Bu faciə idi. Onun kimi təcrübəli sürücü 10 dövrə sonra öndən və arxadan sürüşmə yaşaya bilməz. Bunu qəbul etmək çox çətindir, amma səbəb bolidin yarıtmaz olmasıdır”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*